Odessada 11 Azərbaycan vətəndaşı olan gəmi  vuruldu: kapitan axtarılır
15 iyul 2026 00:15 (UTC +04:00)

Odessada 11 Azərbaycan vətəndaşı olan gəmi vuruldu: kapitan axtarılır

2

Ukraynanın Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində baş verib. Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır.

Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıblar. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.

Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır və Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 332

Oxşar yazılar