Gəncədə yas mərasimində kütləvi zəhərlənmə
14 iyul 2026 19:43 (UTC +04:00)

Gəncədə yas mərasimində kütləvi zəhərlənmə

0

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində keçirilən yas mərasimində baş verib.

6 nəfər zəhərlənmə diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Dərhal onlara yardım edilib.

Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. İlkin məlumata görə, zəhərlənənlərin arasında azyaşlılarda var. Məlumata görə, həmin şəxslər yas mərasimində yemək yeyəndən sonra özlərini narahat hiss ediblər.

TƏBİB-dən  bildirilib ki, hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir:

"Bu gün saat 17:50 radələrindən başlayaraq 2-si azyaşlı olmaqla 5 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.

Zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir".

Xatırladaq ki, 2 gün əvvəl isə Gəncədə yas mərasimində kütləvi zəhərlənmə baş verib.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar