90 min arı  evin terrasını   işğal etdi
14 iyul 2026 18:54 (UTC +04:00)

90 min arı evin terrasını işğal etdi

0

Böyük Britaniyadakı evlərinə köçən ailə terrasda 90 min arı ilə qarşılaşıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanın Dorset qraflığında bir evin terrasını zəbt edən arı sürüsü 15 ay ərzində nəhəng koloniyaya çevrilib. 

Reyçel Teppinq, həyat yoldaşı Pol və qızları 2025-ci ilin yazında Bovinqtondakı yeni evlərinə köçüblər. Onlar ilk günlər terrasın altında bir neçə arı görüblər və bunun qışda dağılacaq müvəqqəti bir sürü olduğunu düşünüblər. Lakin koloniya nəinki yox olub, əksinə sürətlə böyüməyə başlayıb. 2026-cı ilin may ayının sonunda havaların isinməsi ilə arıların sayı o qədər artıb ki, ailə mütəxəssislərə müraciət etmək məcburiyyətində qalıb.

22 ildən artıqdır arıların köçürülməsi ilə məşğul olan arıçı Ayvan bildirib ki, indiyədək bu qədər böyük pətək görməyib. Terrasın taxtalarının altında 25-dən çox şan aşkar edilib. Burada 60-90 min işçi arı və 40-60 kiloqram bal olduğu müəyyənləşdirilib.

Arıların köçürülməsi əməliyyatı bir neçə saat davam edib. Arıçılar ana arını və bütün koloniyanı ehtiyatla xüsusi hazırlanmış yeni pətəyə köçürə biliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar