Pələng çobanı  parçaladı
14 iyul 2026 18:13 (UTC +04:00)

Pələng çobanı parçaladı

0

Hindistanda 50 yaşlı kişini pələng parçalayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 50 yaşlı Yadav mal-qaranı otarmaq üçün meşəyə gedəndə pələng ona hücum edib. 

Kişi uzun müddət evinə gəlmədiyi üçün meşədə axtarışlara başlanılıb və onun parçalanmış cəsədi tapılıb.

Meşə təsərrüfatının əməkdaşı bildirib ki, çoban meşəyə qanunsuz daxil olub. Bu səbəbdən onun ailəsinə 500 min rupi məbləğində kompensasiya ödənilməyəcək.

Onun sözlərinə görə, bu kompensasiya yalnız vəhşi heyvanın meşə ərazisindən kənarda insana hücum etdiyi hallarda verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar