Qaradağ mahalında 57 kəndin sakini qışda çadırlarda qalacaq
Bu ilin avqustunda Güney Azərbaycanın Qaradağ bölgəsində baş vermiş zəlzələnin vurduğu ziyan hələ də aradan qaldırılmayıb.
Təbii fəlakət zamanı ən çox ziyan çəkən Vərzəqan rayonudur. İran parlamentində bu rayonu təmsil edən, deputat Allahverdi Dehqan məclisdəki çıxışında 3 ay öncə Şərqi Azərbaycanda baş vermiş zəlzələdən ziyan çəkənlərin durumundan danışaraq, onların acınacaqlı vəziyyətindən söz açıb.
Lent.az-ın Güney Azərbaycan yönlü informasiya vasitələrinə istinadən məlumatına görə, deputat deyib ki, Əhər, Heris, Vərzəqan şəhərlərində və ətraf bölgələrdə artıq bir neçə gündür qar yağır və havanın temperaturu sıfırdan aşağı düşüb, ancaq insanlar hələ də ibtidai yardımdan məhrumdur: “Təəssüflər olsun ki, insanlar bu soyuq havada hələ də çadırlarda və zəlzələdən sonra uçuq-sökük hala düşmüş evlərdə yaşayırlar. Zəlzələdən 3 ay keçməsinə baxmayaraq 60-dan artıq kənd və bir şəhər tamamilə baxımsız qalıb. Hazırda Vərzəqan şəhərində 1600 nəfər müvəqqəti yerlərdə məskunlaşdırılıb. Lakin həmin şəhərin ətrafındakı kəndlərdə 9 min nəfərin müvəqqəti məskunlaşması məsələsi öz həllini tapmayıb”.
Allahverdi Dehqani “Mehr” xəbər agentliyinin müxbirinə müsahibəsində bunları da bildirib:“Sığınacaq evlərlə təmin olunmayan kəndlərin 14-ü Vərzəqan və 43-ü Xarvana bölgəsində yerləşir. Bu kəndlərin əhalisi hələ də çadırlarda yaşayır.Çünki onlara edilən yardım sadəcə, çadırların verilməsindən ibarət olub”.
O, əlavə edib ki, bu kəndlər dağlıq yerlərdə yerləşir və birinci qar yağandan sonra yolları bağlanır, şəhərlə əlaqəsi kəsilir və əhali yalnız yaz fəslində kəndlərdən çıxmağa imkanı tapır.

Oxşar yazılar

Dörd BÜRCƏ dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...
19 iyun 2025 , 00:02
Bu şəhərə yay qarı yağdı
18 iyun 2025 , 22:51
İyunun 1-də keçirilən qəbul imtahanının NƏTİCƏLƏRİ
18 iyun 2025 , 22:05
Müharibələrə görə rekord il - Ölənlərin ümumi sayı nə qədərdir?
18 iyun 2025 , 20:15
Gözəllik salonları üçün xaricdən 40 kilo insan saçı gətirən saxlanıldı
18 iyun 2025 , 19:08
İstirahət hüququnu pozanlara XƏBƏRDARLIQ: sərt tədbirlər görüləcək -VİDEO
18 iyun 2025 , 19:02
Yol kənarlarında ticarətlə bağlı vətəndaşlara MÜRACİƏT
18 iyun 2025 , 18:18