Ali və orta məktəblərdən şikayət var
15 noyabr 2012 11:48 (UTC +04:00)

Ali və orta məktəblərdən şikayət var

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Müraciətlərin 857-si telefonla, 117-si isə elektron poçt vasitəsilə qəbul edil¬ib.

Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğularda ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələrində, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, pullu təhsil xidmətləri üzrə ödəniş haqqının müəyyənləşdirilməsi, təhsil müəssisələrinə qəbul və digər məsələlərə toxunulub. Müraciətlərin digər qismi isə dərs bölgüsü, dərs yükünün həcmi, müəllimlərin əmək haqqının hesablanması, dövlət sifarişi və xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və digər məsələlərə aid problemləri əhatə edib.

Bir sıra müraciətlərdə ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas və ali təhsil müəs¬si¬sə¬¬lə¬¬rin¬dəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 73 müraciət əsasında araşdırmalar apa¬rıl¬ıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlara dair 66 müraciət qəbul edilib. Ümumi təhsil məktəbləri üzrə Bakı şəhərindən 29, digər şəhərlərdən 4 (Sumqayıtdan 2, Gəncə və Şirvan şəhərlərinin hər birindən 1), Abşeron, Goranboy, Ağdam və Cəlilabad rayonlarının hər birindən 3, Sabirabad, Şəmkir, Lənkəran, Şəki, Qəbələ və Xaçmaz rayonlarının hər birindən 2, Hacıqabul, Saatlı, Neftaçala, Kürdəmir, Göygöl, Şamaxı, Qazax, Ağsu və Yevlax rayonlarının hər birindən 1 müraciət daxil olub.

Digər 7 müraciətdə isə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin diplom və təqaüdlərinin gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərinə köçürülməsi, xaricdə təhsil alan tələbələrin təqaüdləri ilə bağlı yaranmış problemlərdən bəhs olunub. Bütün bu müraciətlər aidiyyəti struktur bölmələrə yönəldilib və qaldırılmış məsələlər vaxtında həllini tapıb.
# 1209

Oxşar yazılar

Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55