Milli Məclisə yeni avtopark tikiləcək
15 noyabr 2012 14:57 (UTC +04:00)

Milli Məclisə yeni avtopark tikiləcək

Lent.az-ın verdiyi məlumata görə, Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev bildirib ki, Milli Məclisə 2013-cü il üçün xərclər smetasına 18 milyon 529 min manat tələb olunur. O bildirib ki, əlavə olaraq, yeni avtomobillərin alınması üçün 250 min manat, qonaqların qarşılanması və yerləşdirilməsi üçün 850 min manat, xaricə ezamiyyət üçün 400 min manat, icarə və muzdlu xidmətlər üçün 200 min manat, dəftərxana ləvazimatları üçün 10 min manat, kommunal xərclərə 12 min 500 manat tələb olunur. O qeyd edib ki, Milli Məclis üçün 200 ədəddən artıq avtomobil tutacaq avtoparkın tikilməsi də nəzərdə tutulur.


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, deputatların bir qrupu ezamiyyətə getməkdən yorulub, bəzi deputatlar 5-10 ildir ki, ezamiyyətə getməyib: “Heç olmasa, başqa deputatların da ezamiyyətə gedən qruplara salınmasına ehtiyac var. Mən özümü demirəm, beynəlxalq təşkilatların xətti ilə tədbirlərə gedirik. Milli Məclisin smetasında bunu da nəzərə alın”.

Ramiz
# 1191

Oxşar yazılar