Kəmaləddin Heydərov zəlzələ bölgəsində məktəblərin açılışında iştirak edib
15 noyabr 2012 18:33 (UTC +04:00)

Kəmaləddin Heydərov zəlzələ bölgəsində məktəblərin açılışında iştirak edib

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfəri çərçivəsində bir neçə orta məktəb binasının açılışında iştirak edib.

APA-nın yerli bürosunun məlumatına görə, səfərə Balakən rayonundan başlayan K.Heydərov rayonun Qabaqçöl qəsəbəsində sakinlərlə görüşüb, problemləri ilə maraqlanıb, qəzalı evlərə baxış keçirib. Nazir Püstə Tala kəndində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və sökülərək yenidən tikilmiş orta məktəb binasının və iki yaşayış evinin açılış mərasiminə qatılıb.

Daha sonra K.Heydərov Zaqatala rayonunun Mamrux və Faldarlı kənd orta məktəblərinin açılışında iştirak edib. Açılış mərasimlərindən sonra nazir Faldarlı kənd orta məktəbinin binasında Zaqatala, Balakən və Qax rayonlarının icra başçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri və bölgədə tikinti işlərini həyata keçirən şirkətlərin nümayəndələrinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə zəlzələ bölgəsində indiyədək görülmüş işlərə qiymət verilib, bundan sonra görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bu il mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən vəsait ayrılıb.
# 2047

Oxşar yazılar

COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55
Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

3 may 2024 , 10:52