Ədliyyə Nazirliyindən kollegiya iclası keçirilib
Bu gün Ədliyyə Nazirliyində 2008-ci ilin yekunlarına və qarşıda duran işlərə həsr olunan kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiyada ədliyyə naziri Fikrət Məmmədov çıxış edib. İclasda nazirlik tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və ədliyyə fəaliyyətinin digər sahələri üzrə ardıcıl tədbirlərin artması qeyd edilib. Kollegiyada bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən ictimai həyatın müxtəlif sahələri üzrə hazırlanan qanunvericilik layihələrinin sayı 2003-cü illə müqayisədə 2,3 dəfə, notariat hərəkətlərinin sayı 1,6 dəfə çoxalıb. İstintaq edilən cinayət işlərinin sayı 3 dəfə, icra edilən məhkəmə qərarlarının sayı 2 dəfə, qeydiyyata alınan qeyri-kommersiya hüquqi şəxslərinin sayı 12 dəfə artıb.
Əhalinin hüquqi maarifləndirilməsi və şəffaflığın artırılması məqsədilə nazirliyin 3 əlavə İnternet saytı, 2 əlavə hüquq jurnalı, “Ədliyyə” qəzeti və digər dövrü nəşrlər dərc olunmağa başlayıb.
Kollegiyada məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə görülən işlərdən də danışılıb, o cümlədən nazirliyin Məhkəmə Tibbi-Ekspertiza Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün zəruri addımların atıldığı bildirilib. Belə ki, hesabat ilində mərkəz 22 adda müasir kriminalistik avadanlıqla təmin olunub. Qurumda yeni elmi-tədqiqat laboratoriyaları təşkil edilib.

Oxşar yazılar

Leysan, dolu, sulu qar - Sabahın HAVASI
2 may 2025 , 12:49
Zaman ütüsünə qarşı bir sığal əli - Hamarlanmayan duyğular
2 may 2025 , 11:59
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 may 2025 , 08:15
May ilin ən çətin ayı olacaq: Nə gözləmək lazımdır? – Astroloqlardan CAVAB
2 may 2025 , 00:02
Azər Qasımovun xanımı işdən çıxdı
1 may 2025 , 22:05
Səssiz haray –dilsiz Cəbrayıl sakinini yurda aparan yol-VİDEO
1 may 2025 , 21:46
"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün kədərli PROQNOZ
1 may 2025 , 20:15