Direktorlar Təhsil Nazirliyinə çağırılıb
Qapalı müşavirədə sınaq imtahanlarının nəticələri müzakirə olunacaq
Yaxın dəqiqələrdə Təhsil Nazirliyində Bakı şəhərindəki orta məktəblərin direktorlarının iştirakı ilə müşavirə keçiriləcək.
Lent.az-ın məlumatına görə, yalnız məktəb direktorlarının və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçilərinin iştirak etdiyi müşavirə qapalı keçirilir. Jurnalistlər bu tədbirə dəvət olunmayıb.
Əldə etdiyimiz məlumatlara görə, müşavirədə bazar günü orta məktəblərdə keçirilmiş sınaq imtahanlarının nəticələri müzakirə olunacaq. İmtahanın ümumi yekunlarına əsasən, zəif nəticə göstərmiş məktəblərin rəhbərlərinə nöqsanları aradan qaldırmaq üçün müvafiq göstərişlər veriləcəyi bildirilir.
Müşafirədə həmçinin məktəb direktorlarının müavinlərindən birinin informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis olması barədə nazirliyin qərarının icra vəziyyəti barədə fikir mübadiləsi aparılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Az adamın bildiyi kəsmiyin TƏHLÜKƏSİ
16 iyun 2025 , 09:22
İyunun ikinci yarısı 3 BÜRC üçün şok olacaq - kim sınaqlarla üzləşəcək
16 iyun 2025 , 09:09
Çox yaxında gözəl xəbərlər eşidəcək BÜRCLƏR
15 iyun 2025 , 18:32
Zaqatalada kəndlərə dolu yağdı
15 iyun 2025 , 18:15
Araq içəndən sonra siqaret çəkmək istəyi nədən yaranır?
15 iyun 2025 , 17:35
Dünyada hansı ölkənin sakinləri ən az işləyir? Çətin ki, təxmin edəsiniz
15 iyun 2025 , 16:38
İsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq - RƏSMİ
15 iyun 2025 , 16:07