
MTRŞ “ATV İnternational” televiziya kanalının peyklə yayımı üçün lisenziya verdi
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Şuradan məlumat verilib. İclasda Azad Azərbaycan Teleradio Yayım Şirkətinin birbaşa peyk vasitəsilə yayımlanacaq “ATV İnternational” (ATV İnt) televiziya kanalına xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılıb. Şura “Televiziya və radio yayımı haqqında” qanunun 14.1, 29.2-ci maddəsinə və “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.3-cü, 8.1-ci bəndinə uyğun olaraq Azad Azərbaycan Teleradio Yayım Şirkətinin “ATV International” (ATV İnt) kanalına birbaşa peyk yayımı üçün 6 (altı) il müddətinə xüsusi razılıq (lisenziya) verib.
Pərvin ABBASOV
Pərvin ABBASOV
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33