Sədr qərbə, müavin cənuba gedib
TQDK bu gün eyni vaxtda iki bölgədə regional müşavirə keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Gəncə və Lənkəran şəhərlərində zona müşavirəsi keçirir.
TQDK-dan Lent.az-a bildiriblər ki, Gəncə şəhərində keçirilən tədbirdə komissiyanın sədri və ekspertləri, eləcə də Gəncə, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Kəlbəcər, Kürdəmir, Mingəçevir, Naftalan, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Ucar, Göygöl, Yevlax, Laçın şəhər və rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak edir.
Müşavirədə TQDK sədri Məleykə Abbaszadə ötən il keçirilən qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edəcək. Çıxış zamanı tədbirdə təmsil olunan şəhər və rayonların orta məktəb məzunlarının ötən ilin qəbul imtahanlarında ümumi nəticələri və ayrı-ayrı fənlər üzrə müxtəlif illər üzrə göstəriciləri xüsusi elektron görüntülərlə canlandırılacaq.
Lənkəran şəhərində keçirilən zona müşavirəsində isə TQDK sədrinin müavini Namiq Babayev, komissiyanın mütəxəssisləri, ekspertləri, habelə Lənkəran, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şirvan, Cəbrayıl, Xocavənd və Yardımlı şəhər və rayonlarının təhsil şöbələrinin rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak edir.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33