Jurnalistlər Prezident Aparatından cavab gözləyir
Mətbuata Dövlət Dəstəyi Fondunun nə vaxt fəaliyyətə başlayacağı hələ məlum deyil
Dövlət büdcəsində Mətbuata Dövlət Dəstəyi Fondu üçün 1 milyon 200 min manat ayrılıb. Azərbaycan Mətbuat Şurası fondun yaradılması ilə bağlı sənədləri Prezident Aparatına təqdim edib. Ancaq fondun nə vaxt yaradılacağı, onun nə vaxtdan fəaliyyətə başlayacağı hələ məlum deyil.
Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında məlumat verib. Şura sədri deyib ki, fond ayrılmış vəsaitlər bu il mütləq xərclənəcək. Ancaq fond yaradılmadığından həmin vəsaitlərin necə xərclənəcəyi də bəlli deyil.
Bununla belə, Əflatun Amaşov bildirib ki, fondun vəsaitlərinin bölüşdürülməsi zamanı Mətbuat Şurasının kütləvi informasiya vasitələri arasında peşə etikasına dair apardığı monitorinqin nəticələri əsas götürüləcək. Belə ki, daha çox pozuntuya yol vermiş qəzetlər dövlət dəstəyindən məhrum ola bilər: “Əgər monitorinq zamanı hansısa qəzetin daha çox qanun pozuntusuna yol verdiyi üzə çıxarsa, onda həmin qəzetlər dövlət dəstəyindən bəhrələnərkən müəyyən problemlərlə üzləşəcək”.
Şura sədri deyib ki, ötən ilin sonlarında Mətbuata Dövlət Dəstəyi Fondunun əsasnaməsinin layihəsini və bu qurumun fəaliyyət istiqamətləri ilə bağlı sənədləri hökumətə təqdim edib. Onun sözlərinə görə, fond rəsmi qurum statusunda olacaq.
“Amma biz hələ gözləyirik. Hər şey Prezident Aparatının bizim təqdim etdiyimiz sənədlərə necə yanaşmasından asılı olacaq” – deyə, Əflatun Amaşov bildirib.
Elxan SALAHOV

Oxşar yazılar

Sabahın tibbi-meteoroloji PROQNOZU
2 may 2025 , 19:59
Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB
2 may 2025 , 19:27
Bu rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
2 may 2025 , 18:16
Aprelin 6-da keçirilən imtahanların NƏTİCƏLƏRİ
2 may 2025 , 17:33
Dünyanın ən yaxşı çimərlikləri - SİYAHI
2 may 2025 , 15:51
“Xaricdə təhsil” fırıldaqçılarından necə yayınaq? – Bu şirkətlərlə ehtiyatlı olun
2 may 2025 , 15:23
"Manatlıq taksilər qazandıqlarını cəriməyə verirlər" - Yol polisindən AÇIQLAMA
2 may 2025 , 15:11