“Qanunsuz dini ədəbiyyatların yayılmasında müəyyən maraqlı qüvvələr var”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib.
Komitədən Lent.az-a verilən məlumata görə, Şuranın sədri Hidayət Orucov ölkədə dini durum haqda məlumat verib və qeyd edib ki, sabitliyin qorunub saxlanmasında Məşvərət Şurasının da rolu var.
Məşvərət Şurasının gündəliyinə respublikada dini durum, dini maarifçilik işinin genişləndirilməsi, 31 mart azərbaycanlıların soyqırımı və 21 aprel Xolokost günü, 9 aprel Pesax, 19 aprel Pasxa Bayramı, Təzəpir məscidinin və Bakı İslam Universitetinin yeni binasının açılış mərasiminə, eləcə də Rus-Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının fəaliyyətinin bərpa olunmasının on illiyi münasibətilə keçiriləcək tədbirlərə hazırlıq və cari məsələlərin müzakirəsi daxil edilib.
Məşvərət Şurasının üzvləri respublikada dini durumun sabit olduğunu qeyd edərək, Azərbaycan dövlətinin din siyasətinin müsbət nəticələr verdiyini vurğulayıblar. İclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavinləri-Salman Musayev, Sabir Həsənli, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Roma Katolik kilsəsinin Azərbaycandakı ordinatoru Yan Çapla, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının nümayəndəsi Semyon Şalmeyev radikal və ekstremist ruhlu qruplara qarşı birgə fəaliyyət göstərməyin əhəmiyyətinə dair fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, cəmiyyətdə zərərli dini meyllərin, qanunsuz şəkildə nəşr olunan ədəbiyyatların və Compact Disk formatında dini mətnlərin yayılmasında müəyyən maraqlı qüvvələr var.
Şura müzakirə olunan məsələlərlə bağlı tövsiyələr hazırlayıb.

Oxşar yazılar

Belarus vətəndaşları İrandan Azərbaycana keçdi
16 iyun 2025 , 19:14
Bu bürclər üçün həyatda parlaq bir zolaq başlayır: onları xoşbəxtlik gözləyir
16 iyun 2025 , 18:28
Lukaşenkodan kartofu tez-tez yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
16 iyun 2025 , 18:06
"Yaşayan Nostradamus"dan gələcək haqqında bədbin PROQNOZ
16 iyun 2025 , 16:41Öz ölümünə 10 dəqiqə gecikən TƏLƏBƏ
16 iyun 2025 , 15:14Meteohəssas insanlar üçün sabahın PROQNOZU
16 iyun 2025 , 14:37
Leysan, dolu, sulu qar - Sabahın havası
16 iyun 2025 , 12:51