Uçan körpü bərpa olunub
Köhnə körpünün yerində yenisinin tikilməsi zərurəti yaranıb
Kür çayı üzərində uçmuş avtomobil körpüsü bu gün təmirdən sonra yenidən istifadəyə verilib. Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 8-ci kilometrində yerləşən körpüdə artıq nəqliyyatın hərəkətinə icazə verilib.
Nəqliyyat Nazirliyindəki mənbələrdən Lent.az-a bildiriblər ki, qəza nəticəsində aşırımlardan biri sıradan çıxdığından bir neçə gün ərzində avtomobillərin körpünün üzərindən yalnız bir istiqamətdə hərəkəti üçün istifadə edilirdi. Bu gün səhərdən isə yol qovşağı cari təmirdən sonra tam şəkildə nəqliyyatın istifadəsinə verilib.
Xatırladaq ki, 1962-ci ildə inşa edilmiş körpü martın 22-də axşam saatlarında qəza vəziyyətinə düşmüşdü. Belə ki, dəmir-beton aşırımlardan biri yük daşıyan avtomobillərin ağırlığına dözməyərək sınmışdı. Maraqlıdır ki, son bir ildə həmin körpüdə analoji hadisələr dəfələrlə baş verib. Nəqliyyat Nazirliyi bunu körpünün dəmir-beton konstruksiyasının köhnəlməsi ilə izah edir. Hazırda nazirliyinin mütəxəssisləri 47 il əvvəl inşa edilmiş körpünün əvəzində yeni yol ötürücüsünün tikilib-tikilməyəcəyi ilə bağlı araşdırmalar aparır.
Elxan SALAHOV

Oxşar yazılar

Belarus vətəndaşları İrandan Azərbaycana keçdi
16 iyun 2025 , 19:14
Bu bürclər üçün həyatda parlaq bir zolaq başlayır: onları xoşbəxtlik gözləyir
16 iyun 2025 , 18:28
Lukaşenkodan kartofu tez-tez yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
16 iyun 2025 , 18:06
"Yaşayan Nostradamus"dan gələcək haqqında bədbin PROQNOZ
16 iyun 2025 , 16:41Öz ölümünə 10 dəqiqə gecikən TƏLƏBƏ
16 iyun 2025 , 15:14Meteohəssas insanlar üçün sabahın PROQNOZU
16 iyun 2025 , 14:37
Leysan, dolu, sulu qar - Sabahın havası
16 iyun 2025 , 12:51