8 yaşlı Azərbaycanlı qız Odessanı fəth edir
Ukraynanın Odessa şəhərində keзirilən "Napolnim serdsu muzıkoy" beşinci beynəlxalq yubiley festivalının qalibləri arasında həmyerlimiz də var. Lent.az-ın Ukraynadakı əməkdaşının verdiyi məlumata görə, yarışmaya "Zozulya" ve "Uзitel" mahnıları ilə qatılan 8 yaşlı Diana Vüqar qızı Ağayeva 1-ci dərəcəli diplom və hədiyyə ilə təltif olunub. Peşəkar səhnədə 5 yaşından зıxış etməyə başlayan Diana bununla 55-ci dəfə müxtəlif musiqi yarışmalarının laureatı olub.
Ukraynada doğulub böyüməsinə baxmayaraq, Diana müntəzəm olaraq Odessadakı Azərbaycan Konqresinin tədbirlərinə qatılır. Bu günlərdə Novruz bayramı ilə əlaqədar 38-ci kanalda təşkil edilən 1 saatlıq canlı verilişin aзılışını Azərbaycan milli geyimində “Bahar” mahnısı ilə məhz Diana edib.
Onu da qeyd edək ki Diananın uğurları təkcə musiqi sahəsi ilə məhdudlaşmır. Odessanın uşaq və gənclər Olimpiya ehtiyatı mərkəzində idmanın batut növü ilə məşğul olan Diana 2-ci idman dərəcəsinə sahibdir.
62 saylı Odessa şəhər məktəbində təhsil alan Diana dərs əlaзısıdır. Odessada keçirilmiş beynəlxalq Riyaziyyat Olimpiadasında 2-ci yeri qazanıb.
Eyni zamanda, Diana şəhərin 1-ci musiqi məktəbində xor vokal və fortepiano dərsləri alır. Lent.az-ın Ukraynadakı əməkdaşı ilə söhbətlərində Vüqar və Olqa Ağayevlər övladlarının inkişafında əvəzsiz roluna görə "Svetlyuзki" vokal studiyasının rəhbəri Belkovskaya Larisa Yakovlevnaya və müxtəlif tədbirlərdə göstərdiyi dəstəyə görə başda sədr Bayram Əliyev olmaqla, Odessadakı Azərbaycan Konqresinə dərin təşəkkürlərini bildiriblər.
Anar Ağayev
Odessa

Oxşar yazılar

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
3 iyul 2025 , 15:50
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
3 iyul 2025 , 15:33
Təkcə qarpız deyil: Yayda orqanizmi nəmləndirən bu 5 meyvəni tanıyın
3 iyul 2025 , 14:33
Rusiyada “az” domenli saytlara giriş məhdudlaşdırıldı
3 iyul 2025 , 13:52
Hədiyyə verilən əmlak boşananda bölünür? - CAVAB
3 iyul 2025 , 12:48
Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04