Nazir: “Goreşən bəbirdən daha əhəmiyyətlidir”
“Bəbir bizə minnətdar olur...”
“Heyvanların şəklini çəkmək üçün meşələrdən quraşdırılan fotoaparatdan istifadə edən təşkilatlar adətən bəbirin şəklini çəkmək istəyir, goreşənin – kaftarın yox. Halbuki alim üçün daha nadir sayılan və həm də Azərbaycanda mövcudluğu ehtimal edilən goreşən bəbirdən daha əhəmiyyətlidir”. Lent.az-ın məlumatına görə, bunu ekologiya və təbi sərvətlər naziri Hüseyn Bağırov mətbuat konfransında deyib. Müxtəlif təşkilatların məhz bəbirin şəklini çəkmək istəyinə gəlincə, nazir bunu belə izah edib: “Ona görə ki, təşkilatlar donorlardan asılıdır. Həmin donor isə “goreşən” eşidəndə özünün pulqabını açmaq həvəsinə düşmür. Ancaq “bəbir” deyəndə özünü də bəbirə bənzədərək deyir ki, buna pul verərəm. Məsələn, hansısa maşınqayırma zavodunun, yaxud avtomobil şirkətinin sahibi”.
H.Bağırov bəbirin şəklini çəkmək üçün fotoaparat quraşdırılması işini əhəmiyyətli saymadığını bildirib: “Aparatı quraşdırarkən yerli əhali bunu başa düşmür, elə bilir ki, aparatı quraşdıran adama bəbir lazımdır. Fikirləşir ki, bəbirin şəkli üçün bu qədər əziyyət çəkirlərsə, görə bəbirin özü üçün necə sinov gedərsən. Bununla da yanlış yola düşürlər, başlayırlar onu axtarmağa, imkan da düşəndə öldürməyə”.
H.Bağırov hazırda Azərbaycan ərazisində 40-50 bəbirin olması ehtimalını vurğulayıb: “Söhbət 3 regiondan – Talış dağları, Naxçıvan Muxtar Respublikası və Mingəçevir gölü ətrafından gedir. Hətta bir ay bundan qabaq dediyimiz fotoaparatlardan biri Azərbaycandan Gürcüstana gedən bəbirin şəklini çəkib. Biz bunu təşviq etmirik. Bəbir bizə minnətdar olur ona görə ki, onu rahat buraxaq. Və onun arabir tutduğu inəyin pulun kəndliyə verək ki, bəbiri öldürməsin”.
Pərvin ABBASOV

Oxşar yazılar

Belarus vətəndaşları İrandan Azərbaycana keçdi
16 iyun 2025 , 19:14
Bu bürclər üçün həyatda parlaq bir zolaq başlayır: onları xoşbəxtlik gözləyir
16 iyun 2025 , 18:28
Lukaşenkodan kartofu tez-tez yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
16 iyun 2025 , 18:06
"Yaşayan Nostradamus"dan gələcək haqqında bədbin PROQNOZ
16 iyun 2025 , 16:41Öz ölümünə 10 dəqiqə gecikən TƏLƏBƏ
16 iyun 2025 , 15:14Meteohəssas insanlar üçün sabahın PROQNOZU
16 iyun 2025 , 14:37
Leysan, dolu, sulu qar - Sabahın havası
16 iyun 2025 , 12:51