Hacıbala Abutalıbov danışdı
“Dərdi bölüşəndə azalır, sevinci bölüşəndə çoxalır. Matəmin, kədərin öz yeri, sevinməyin, şənlənməyin isə öz yeri var”.
Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov APA-nın əməkdaşı ilə söhbətində bildirib. Bakıda mayın 10-da keçirilməsi planlaşdırılan “Gül bayramı”nın ləğv olunması ilə bağlı cəmiyyətdə səslənən fikirlərə münasibət açıqlayan H. Abutalıbov tədbirin təxirə salınmayacağını deyib: “Mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı eyni adlı parkda “Gül bayramı” keçiriləcək. Həmin gün atəşfəşanlıq da olacaq. Artıq hazırlıqlar başa çatmaq üzrədir”.
Paytaxt merinin aprelin 30-da Azərbaycan Neft Kimya Akademiyasında baş verən faciə ilə bağlı “Gül bayramı”nın ləğv olunmasını tələb edənlərə cavabı isə belə olub: “Biz bu faciədə həyatını itirən insanların kədərinə şərikik. Onların artıq üç və yeddi mərasimləri keçirilib. Xeyirlə şər bacı-qardaşdır. Biz kədərli gündə də, sevincli gündə də bir yerdə olmalı, öz dövlətimizin, onun başçısının ətrafında sıx birləşməliyik. Azərbaycanda matəm günləri də, bayram günləri də var. Biz hər bir günü özünə layiq olan səviyyədə keçirməliyik”.

Oxşar yazılar

Yaxın günlərdə arxadan vurulacaqsınız: 3 BÜRCƏ xəbərdarlıq
3 may 2025 , 18:30
Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı - YENİLƏNİB
3 may 2025 , 18:00
İnsanlar ölməzdən əvvəl üç şeyə peşman olurlar - tibb bacısının hekayəsi
3 may 2025 , 17:15
Yapon "Baba Vanqa"dan iyul ayında fəlakət XƏBƏRDARLIĞI
3 may 2025 , 16:00
Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
3 may 2025 , 14:21
Sabah leysan və sulu qar yağacaq - PROQNOZ
3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək davam edəcək?
3 may 2025 , 10:42