Hər rayonda bir nümunəvi məktəb yaradılacaq
Misir Mərdanov: “Nə qədər ki, bütün məktəblərdə təhsilin keyfiyyəti arzuolunan səviyyədə deyil, hər rayonda ən azı bir nümunəvi məktəbin yaradılması vacibdir”
“İndi orta məktəblərin məktəb-liseylərə çevrilməsi istiqamətində iş aparırıq. Bu siyasətin məqsədi odur ki, Azərbaycanın hər rayonunda ən azı bir nümunəvi məktəb olsun”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Nazir deyib ki, indiki şəraitdə birdən-birə bütün məktəblərdə maddi-texniki bazanı yüksək səviyyəyə qaldırmaq çətindir. Ona görə də bu problemlər tədricən, mövcud imkanlar daxilində həll edilməlidir.
Nazir bildirib ki, hər bir rayonda yaradılacaq nümunəvi məktəblərin məktəb-lisey, yaxud da gimnaziya adlandırılmasının xüsusi əhəmiyyəti yoxdur: “Əsas odur ki, hər rayonda yüksək standartlara və güclü maddi-texniki bazaya, peşəkar kadr potensialına malik məktəblər olsun. Yəni əsas məqsədimiz məzmunda irəliləyişə nail olmaqdır”.
Misir Mərdanov vurğulayıb ki, belə məktəblər kənd rayonlarında da yaradılacaq. Onun sözlərinə görə, nə qədər ki, bütün məktəblərdə təhsilin keyfiyyətini arzuolunan səviyyəyə çatdırılmasına nail olunmayıb, hər rayonda ən azı bir nümunəvi məktəbin yaradılması vacibdir.
“Biz heç olmasa, rayonlarda elə məktəb qurmalıyıq ki, xaricilərin ölkəmizdə yaratdıqları məktəblərlə alternativlik təşkil etsin. Belə məktəblərdən birini ötən il Bakının Yasamal rayonunda yaratmışıq. Zərifə Əliyevanın adını daşıyan bu məktəb indi bir nömrəli təhsil müəssisəsi kimi tanınır və mənə elə gəlir ki, bu məktəb ölkənin ən yaxşı məktəblərindən biri olacaq. Belə məktəbləri Bakıda və kənd rayonlarında da yaradacağıq” - deyə, nazir bildirib.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ
3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək davam edəcək?
3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı
3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR
3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB
3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 may 2025 , 19:59
Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB
2 may 2025 , 19:27