Məmur olmaq istəyənlərin müsabiqəsi başlayır
Ötən ay dövlət orqanlarında vakant yerlərə qəbul üçün keçirilən test imtahanlarında uğur qazanmış namizədlər mayın 12-dən iyulun 21-dək müsabiqənin növbəti mərhələsindən keçəcəklər. Müsahibə formasında keçiriləcək müsabiqənin bu mərhələsində 539 namizədin iştirak edəcəyi gözlənilir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Lent.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsində namizədlərin əldə etdikləri nəticələr (həm dövlət orqanları, həm də vakant vəzifələr üzrə) və digər statistik məlumatlar gündəlik qurumun rəsmi internet saytında (www.csc.gov.az və ya www.dqmk.gov.az) yerləşdiriləcək. həmçinin hər bir namizədə müsahibə nəticəsində müvafiq dövlət qulluğu vəzifəsinə uyğun olub-olmadığı barədə SMS-lə məlumat göndəriləcək.
Xatırladaq ki, martın 6-da Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 29 dövlət orqanında inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan 663 vakant vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdi. Aprelin 9-dək davam edən sənəd qəbulunda 2862 namizəd qeydə alınmışdı. Aprelin 25-də keçirilən test imtahanda isə 539 namizəd tələb olunan balı toplayaraq, ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.
Elxan SALAHOV

Oxşar yazılar

Yaxın günlərdə arxadan vurulacaqsınız: 3 BÜRCƏ xəbərdarlıq
3 may 2025 , 18:30
Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı - YENİLƏNİB
3 may 2025 , 18:00
İnsanlar ölməzdən əvvəl üç şeyə peşman olurlar - tibb bacısının hekayəsi
3 may 2025 , 17:15
Yapon "Baba Vanqa"dan iyul ayında fəlakət XƏBƏRDARLIĞI
3 may 2025 , 16:00
Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
3 may 2025 , 14:21
Sabah leysan və sulu qar yağacaq - PROQNOZ
3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək davam edəcək?
3 may 2025 , 10:42