ADU-da “Mən nəyi bilirəm” müsabiqəsi keçiriləcək
Qalibləri Fransa səfirliyi mükafatlandıracaq
Mayın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dili fakültəsində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Que Sais-je” (“Mən nəyi bilirəm”) mövzusunda müsabiqə keçiriləcək. Bu barədə Lent.az-a ADU-nun mətbuat xidmətindən məlumat verilib. Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının və dosent Gülnarə Sadıxovanın təşkilatçılığı ilə baş tutacaq müsabiqədə fakültə tələbələrindən ibarət 6 komanda iştirak edəcək. Qalib tələbələr Fransanın Azərbaycandakı səfirliyindən ADU-ya hədiyyə olunan 10 ədəd “Rober” - İzahlı lüğətlə mükafatlandırılacaq.
Müsabiqənin məqsədi Fransanın sivilizasiyası, mədəniyyəti haqqında tələbələrin hansı biliklərə malik olduqlarını öyrənmək və onların gələcəkdə keçiriləcək universitetlərarası müsabiqələrdə iştiraklarını təmin etməkdir.
Pərvin ABBASOV

Oxşar yazılar

İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44