Dövlət Komissiyasının nümayəndələri tələbələrlə görüşdü
20 may 2009 12:10 (UTC +04:00)

Dövlət Komissiyasının nümayəndələri tələbələrlə görüşdü

Xəzər Universitetində keçirilən görüşdə dövlət qulluğuna qəbul sahəsində aparılan islahatlardan danışılıb

Vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi gənclərin, o cümlədən tələbələrin dövlət qulluğuna marağının artmasında əhəmiyyətli rol oynayır. Bu həm də bunun demokratik dövlət quruculuğu prosesində ən ciddi addımlardan biri kimi dəyərləndirilir.

Lent.az-ın məlumatına görə, bunu dünən Xəzər Universitetində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələrinin iştirakı ilə universitetin sonuncu kurs tələbələri ilə keçirilən görüşdə hüquq fakültəsinin dekanı Cabir Xəlilov bildirib. Onun sözlərinə görə, gənclər bu komissiyanın fəaliyyəti və dövlət qulluğuna qəbul qaydaları ilə daha yaxından tanış olmalıdır və bu, onların gələcək karyeralarını qurmağa kömək edə bilər.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli isə Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlardan danışıb. O, komissiyanın fəaliyyətinin əsas istiqamətləri etik davranış qaydaları, dövlət orqanlarında dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqinə nəzarətin həyata keçirilməsi və gələcək planları barədə tələbələrə ətraflı məlumat verib.

Sonda Rauf Məcidbəyli və komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov iştirak etmişlər tələbələri maraqlandıran sualları cavablandırıblar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1057

Oxşar yazılar