Şəkidə güclü qasırğa
Güclü külək leysanla müşayiət edilib
Ötən gecə Şəkidə güclü qasırğa olub. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, güclü külək leysan yağışı ilə müşahidə olunub.
Şəki rayon Fövqəladə Hallar Komissiyasının sədri Valeh Ələkbərov APA-ya açıqlamasında bildirib ki, baş verən qasırğa və iki saat ərzində yağan leysan nəticəsində rayonun elektrik təchizatına ciddi ziyan dəyib. Rayon ərazisində elektrik naqilləri qırılıb, bir sıra yerlərdə elektrik dirəkləri aşıb.
Şəki şəhərinin içməli su təchizatı demək olar ki, tamamilə sıradan çıxıb. Buna şəhəri içməli su ilə təmin edən su borularının içinə daş və çınqılın dolması səbəb olub. Hazırda rayonun müvafiq idarə və təşkilatları baş vermiş qasırğa və leysan yağışın fəsadlarını aradan qaldırılması istiqamətində bərpa işləri aparır.
V. Ələkbərovun sözlərinə görə, bərpa işləri başa çatdıqdan sonra qasırğa və leysan nəticəsində rayona dəymiş maddi ziyanın miqdarını dəqiq hesablamaq mümkün olacaq.

Oxşar yazılar

İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR
4 iyul 2025 , 13:31
Zamin hansı halda ödənişi etməyə bilər? - CAVAB
4 iyul 2025 , 13:15
Bakıya yağış yağacaq - Sabahın havası
4 iyul 2025 , 13:02
Ən pis konservlər AÇIQLANDI
4 iyul 2025 , 11:59
Bu günün ən şanslı 3 BÜRCÜ: həyatınız çox yaxşılaşacaq - Siyahıdasınız?
4 iyul 2025 , 11:44
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL -VİDEO -YENİLƏNİB
4 iyul 2025 , 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
4 iyul 2025 , 11:21