Yük maşınlarının və ağır texnikanın “İçərişəhər”ə girişi qadağan edildi
Bu qadağa iyunun 1-dən etibarən tətbiq olunacaq
Yükgötürmə qabiliyyəti 5 tondan artıq olan avtomobillərin və ağır texnikanın fövqəladə və digər hallar istisna olmaqla, “İçərişəhər” ərazisinə daxil olması qadağan edilib.
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 1-dən qüvvəyə minən bu sərəncam qoruğun mühafizəsi tədbirlərini təkmilləşdirmək məqsədi ilə verilib.
Qoruq ərazisində hərəkət edən ağır yük avtomobilləri qədim bina və tikililərin dayanaqlığına təsir göstərib. Yol örtüklərinin dağılmasına, mühəndis xətlərinin və qurğularının sıradan çıxmasına səbəb olub. Buna görə də qoruq ərazisində müxtəlif xidmətlər göstərən və xüsusi buraxılışı olan təsərrüfat subyektlərinin yük avtomobilləri üçün “İçərişəhər” ərazisinə daxilolma vaxtı səhər saat 6.00-dan 08.30-dək və 20.00-dan 22.30-dək, təchizat avtomobilləri üçün isə əlavə olaraq 14.30-dan 16.00-dək müəyyən edilib.
Qoruğun mühafizəsi tədbirlərinin təkmilləşdirilməsi ilə bağlı digər sərəncam isə “İçərişəhər” ərazisindəki fasadlarda və balkonlarda quraşdırılmış peyk antenalarının demontaj edilməsi ilə bağlıdır. “İçərişəhər”də yerləşən tarixi binaların üzərində kondisionerlərin, peyk antenalarının və digər qeyri-estetik konstruksiyaların mövcudluğu həmin binaların xarici görkəmlinə xələl gətirib, orijinal ornamentlərin və dekorativ elementlərin üzərinin örtülməsinə səbəb olub. Artıq peyk antenaları olan “İçərişəhər” sakinləri və rezidentlər bu qərarla tanış edilib, onların diqqətinə çatdırılıb ki, göstərilən tələbə əməl edilmədiyi halda, peyk antenaları Qoruq İdarəsinin daxili imkanları hesabına söküləcək, söküntü işlərinə çəkilən xərclər isə kalkulyasiya edilərək sakinlərdən tutulacaq.

Oxşar yazılar

Mayda Azərbaycana qar yağdı - GÜNÜN HAVASI
7 may 2025 , 09:41
May BEŞ BÜRC üçün ilin ən xoşbəxt ayı olacaq
7 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 may 2025 , 08:30
Yolda belində odun daşıyan 70 yaşlı nənə ilə maraqlı söhbət - VİDEO
7 may 2025 , 06:20
Mayın 7-i hava necə olacaq? - VİDEO
7 may 2025 , 00:46
Nadir şans əldə edəcək BÜRCLƏR - Onların ulduz vaxtı başlayır
7 may 2025 , 00:02
Xətaidə bu ərazilərdə elektrik enerjisi kəsiləcək
6 may 2025 , 23:15