Kondisionerlər və peyk antenaları söküləcək
Bu qurğular İçərişəhərin memarlıq görkəmini korlayır
İçərişəhərdəki bütün binaların fasadlarında quraşdırılmış kondisionerlər və peyk antenaları söküləcək. Buna səbəb həmin qurğuların qoruğun memarlıq üslubuna ciddi xələl gətirməsidir. Bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qoyduğu möhlət mayın 31-də başa çatıb.
İdarədən Len.az-a bildiriblər ki, qoruq ərazisindəki binaların sakinlərinə və ofislərin rəhbərlərinə bu barədə xəbərdarlıq edilmişdi. Bununla bağlı küçələrdə və binaların üzərin elanlar da vurulub. Sakinlər müəyyən edilmiş vaxt ərzində bu qurğuları sökməyəcəkləri təqdirdə söküntü işlərini məcburi qaydada idarənin əməkdaşları tərəfindən aparılacağı qeyd olunub.
İdarədən bildirirlər ki, xəbərdarlıqdan sonra sakinlərin əksəriyyəti binaların fasadındakı kondisionerlərin və peyk antenalarının yerini dəyişib. Ancaq hələ xəbərdarlıqdan nəticə çıxarmayanlar da çoxdur. Bu səbəbdən həmin qurğuların sökülməsi ilə idarə özü məşğul olmaq məcburiyyətindədir. Binaların fasadlarında quraşdırılmış kondisionerlərin və peyk antenalarının sökülməsinə çəkilən xərclərin ödənməsi sakinlərin üzərinə düşəcək.
Elxan SALAHOV

Oxşar yazılar

Bu ərazidə də su kəsiləcək
18 iyun 2025 , 12:55
Bakıya yağış yağacaq - Sabahın havası
18 iyun 2025 , 12:05
Azərbaycanda təyyarə qiymətinə qatar bileti: 147 manata Qazax reysi
18 iyun 2025 , 11:38Boşananda ipotekadakı mənzil necə bölünür? - CAVAB
18 iyun 2025 , 11:10
Bu BÜRCLƏRƏ güclü təkan veriləcək: kimlər şanslı olacaq?
18 iyun 2025 , 09:09
Bu rayonlarda işıq olmayacaq
18 iyun 2025 , 09:08
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 iyun 2025 , 08:23