Daha 5,5 ton yararsız qida yığışdırılıb
İqtisadi İnkişaf Nazirliyi mağazalarda yoxlamaları davam etdirir
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti mağazalarda qida məhsullarının keyfiyyətinə dair apardığı yoxlamalarda növbəti dəfə ciddi pozuntular aşkarlayıb. Bu dəfə belə paytaxt Bakının müxtəlif ərazilərində fəaliyyət göstərən obyektlərdə qeydə alınıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iyunun 2-də Nərimanov rayonunda H.Əliyev küçəsi -55 ünvanda “Çinar-B” MMC-yə məxsus “Çinar market”də, Nəsimi rayonu Azadlıq prospekti - 103 ünvanında fiziki şəxs E.Məmmədovaya məxsus “Proqres market”də, Nizami küçəsi -50 ünvanında fiziki şəxs A.Bostanova məxsus “Anar market”də, Tbilisi prospektində “Neptun S” MMC-yə məxsus “Neptun” supermarketində, Xırdalan şəhərində fiziki şəxs A.Əliyevə məxsus ərzaq mağazasında, Siyəzən şəhərində fiziki şəxs Y.Qasımovaya məxsus ərzaq mağazasında, habelə Cəlilabad şəhərində fiziki şəxs E.Kərimova məxsus “Samsunq” ərzaq mağazasında ümumi çəkisi 0,5 ton olan istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb. İnsanların gündəlik istehlakında geniş istifadə olunan həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.
Nazirlikdə bildirirlər ki, Dövlət Xidməti həmçinin, Nəsimi rayonu Salamzadə küçəsi, 2 ünvanında fiziki şəxs N.Nuriyevə məxsus ticarət obyektində 5 tona yaxın saxta sement aşkar edərək, satışdan çıxarıb. Qanun pozuntusuna yol vermiş 2 hüquqi və 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Bu ərazidə də su kəsiləcək
18 iyun 2025 , 12:55
Bakıya yağış yağacaq - Sabahın havası
18 iyun 2025 , 12:05
Azərbaycanda təyyarə qiymətinə qatar bileti: 147 manata Qazax reysi
18 iyun 2025 , 11:38Boşananda ipotekadakı mənzil necə bölünür? - CAVAB
18 iyun 2025 , 11:10
Bu BÜRCLƏRƏ güclü təkan veriləcək: kimlər şanslı olacaq?
18 iyun 2025 , 09:09
Bu rayonlarda işıq olmayacaq
18 iyun 2025 , 09:08
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 iyun 2025 , 08:23