Abel Məhərrəmov: “... məsuliyyət mənim üzərimdə qalacaq”
“Mənim düşüncəmə görə, şəhər mərkəzindən kənarda, boş ərazidə böyük bir məscid tikilməli və insanların ixtiyarına verilməlidir. Bəlkə onda şəhərin mərkəzindəki məscidlərdə yaranan sıxlıq və gərginlik aradan qalxar”.
APA-nın xəbərinə görə, bu sözləri Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov keçirdiyi mətbuat konfransında deyib. O, BDU-nun ərazisində fəaliyyət göstərən və “İlahiyyat məscidi” kimi tanınan ibadət ocağı ilə bağlı məsələyə yenidən aydınlıq gətirib.
Rektor bildirib ki, həmin məscidin BDU ilə heç bir əlaqəsi yoxdur və onu “İlahiyyat məscidi” adlandırmaq düzgün deyil: “Bu məscidin fəaliyyəti üçün heç bir hüquqi sənəd yoxdur. Məscid 1991-1992-ci illərdə tikilib və orada yalnız 250-300 nəfərin namaz qılması üçün şərait var. Ancaq məscidə 8 min insan namaza gəlir. Hətta namaz vaxtı insanlar universitetin yataqxanasına belə dolurlar. Sabah hər hansı hadisə baş versə, rektor kimi məsuliyyət mənim üzərimdə qalacaq”.
A. Məhərrəmov son vaxtlar universitetə daxil olan bütün şəxslərin xüsusi cihazla yoxlandığını, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini söyləyib.

Oxşar yazılar

Bakıya yağış yağacaq - Sabahın havası
18 iyun 2025 , 12:05
Azərbaycanda təyyarə qiymətinə qatar bileti: 147 manata Qazax reysi
18 iyun 2025 , 11:38Boşananda ipotekadakı mənzil necə bölünür? - CAVAB
18 iyun 2025 , 11:10
Bu BÜRCLƏRƏ güclü təkan veriləcək: kimlər şanslı olacaq?
18 iyun 2025 , 09:09
Bu rayonlarda işıq olmayacaq
18 iyun 2025 , 09:08
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 iyun 2025 , 08:23
BQXK-nın Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandıracaq
17 iyun 2025 , 19:31