Magistr imtahanı iyunun 21-də olacaq
İyunun 21-də ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsi keçiriləcək. Birinci mərhələni uğurla keçərək ikinci mərhələdə iştirak hüququ qazanmış bakalavrlar iyunun 8-dən etibarən elektron ərizələrinə daxil olaraq ixtisas seçimi apara bilərlər.
Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə imtahana hazırlıq prosesinə dair keçirdiyi mətbuat konfransında belə deyib. Komissiya sədri deyib ki, bakalavrlar 8-13 iyun tarixlərində “TQDK-nın ödəmə kartı”ndan (iş nömrəsi və şifrindən istifadə etməklə www.tqdk.gov.az saytında “Bakalavrın elektron ixtisas seçimi ərizəsi” formasına daxil olaraq qəbul proqramını və ixtisasların kodlarını seçərək təsdiq etməlidir. Onun sözlərinə görə, bu zaman bakalavrın seçdiyi magistr ixtisası onun bakalavr ixtisasına uyğun olmalıdır. Hər bir şəxs müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin ödənişli və ödənişsiz əsaslarla 10-dək ixtisas kodunu seçə bilər.
TQDK sədri bildirib ki, ikinci mərhələdə bakalavrın ixtisas üzrə bilikləri 50 test tapşırığı əsasında qiymətləndiriləcək. Sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Məleykə Abbaszadə deyib ki, bu il magistratura pilləsinə ümumi qəbul planı 5168 yerdən ibarətdir. Bunun 3720-si Azərbaycan, 753-ü rus bölməsi, 695-i isə birgə müsabiqə aparılan ixtisaslar üçün nəzərdə tutulub.
Elxan SALAHOV

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33