![Ombudsman Aparatı: Həbs edilən Fərid Zeynallı bizim əməkdaşımız deyil](https://www.lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Ombudsman Aparatı: Həbs edilən Fərid Zeynallı bizim əməkdaşımız deyil
O, BMT-nin layihəsi çərçivəsində müddətli müqavilə əsasında çalışıb
Ombudsman Aparatının mətbuat xidməti İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun mətbuata açıqlamasında Ombudsmanın Quba Regional Mərkəzinin keçmiş rəhbəri kimi təqdim etdiyi Fərid Zeynallının həbsi ilə bağlı məlumat yayıb.
Mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada qeyd olunub ki, Quba Regional Mərkəzi 2003-cü ilin iyul ayından 2006-cı ilin dekabrın 31-dək BMT İnkişaf Proqramının layihəsi əsasında fəaliyyət göstərib: “Məlumat üçün bildiririk ki, Ombudsmanın regional mərkəzləri, o cümlədən Quba Regional Mərkəzi yalnız 2007-ci ilin fevral ayından rəsmən struktura əlavə edilib və əməkdaşlar üçün ştat vahidləri təsdiqlənib”.
Məlumatda bildirilib ki, F.Zeynallı 7 mart 2004-cü ildən 2006-cı ilin 31 mart tarixinədək BMT İnkişaf Proqramının layihəsi çərçivəsində müddətli müqavilə əsasında çalışıb, lakin həmin müddət ərzində Regional Mərkəzin rəhbəri deyil, böyük məsləhətçi vəzifəsində işləyib.
“Fərid Zeynallı heç vaxt Ombudsman Aparatının ştatına və dövlət qulluğuna qəbul edilməyib” - deyə, məlumatda vurğulanıb.
Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov iyunun 8-də xəbər agentliklərinə verdiyi açıqlamada F.Zeynallını Ombudsmanın Quba Regional Mərkəzinin keçmiş rəhbəri kimi təqdim edib. E.Behbudov F.Zeynallı ilə Quba rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında görüşüb.
1981-ci il təvəllüdlü F.Zeynallı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə təqsirli bilinir.
Pərvin ABBASOV

Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://www.lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://www.lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://www.lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)