Pensiya ödənişlərində plastik kartlardan istifadə genişlənir
İndi Azərbaycanda 1,9 milyona yaxın pensiyaçı öz pensiyasını plastik kartlarla alır
Bu ilin 5 ayı ərzində əmək pensiyasını plastik kartla əldə edənlərin sayı 31 986 nəfər artıb. Artıq ödənişdə olan pensiyaların 96, 3 faizi, yəni ümumilikdə 1 milyon 89 min 557 nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Onun sözlərinə görə, bu ilin ötən dövründə kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində işlər davam etdirilib. Belə ki, yanvarın 1-dək ölkə üzrə kənd əhalisinin 88,9 faizi plastik kartla təmin olunmuşdusa, indi bu göstərici 92, 5 faizə çatıb.
“Ümumiyyətlə, bu göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur. Ölkəmizdə əmək pensiyalarının plastik kartlarla ödənilməsi prosesinin tətbiqi nəticəsində bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə edilməkdədir” - deyə, Elman Babayev bildirib.
Xatırladaq ki, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi mühüm məqsədlərdəndir və bu, Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” nda da yer alıb. Proqrama əsasən, növbəti illər ərzində pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdiriləcək, bankomat və pos-terminallarla təchizat gücləndiriləcək, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə təmin olunacaq, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq ediləcək.
Elxan SALAHOV

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06