![Bakıda hava təhlükəli həddə zəhərlənir!](https://www.lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Bakıda hava təhlükəli həddə zəhərlənir!
Ekoloqlar xəbərdarlıq edir ki, zibilliklərin yandırılmasından havaya küllü miqdarda yayıla bilən zəhərli maddələr atılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasının çirklənməsinə dair Bakının bir neçə rayonunda apardığı monitorinqin nəticələrini açıqlayıb. Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılmış monitorinq əsasən, Bakının Xətai, Nizami, Binəqədi rayonlarını əhatə edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı Xətai rayonu ərazisində 10 nöqtədə, 7-ci mikrorayonda 3, Nizami rayonunda 1 ünvanda məişət tullantılarının yandırılması halları qeydə alınıb. Tullantılarının yaşayış massivlərində yandırılmasının günün müxtəlif vaxtlarında, əsasən də səhər və gecə saatlarında baş verdiyi müşahidə edilib.
Nazirliyin mütəxəssisləri xəbərdarlıq edir ki, məişət və tikinti-inşaat tullantılarının yandırılması zamanı tərkibində xlorlu birləşmələr olan plastik qabların yanmasından və digər kimyəvi maddələrin parçalanmasından atmosferə və yer səthinə böyük həcmdə konserogen maddələr, davamlı üzvi çirkləndiricilər olan dioksinlər və furanlar atılır. Bu isə əhalinin sağlamlığı üçün olduqca təhlükəlidir. Çünki dioksinlər və furanlar parçalanmaya qarşı davamlı, bioakkumulyasiya ilə xarakterizə olunan, hava, su, miqrasiya növləri vasitəsi ilə yayıla bilən zəhərli maddələrdir.
Aparılmış monitorinqlər zamanı tullantıların yaşıllıq zolaqlarında yandırılması halları da qeydə alınıb ki, bu da atmosfer havasını çirkləndirməklə bərabər havanın təmizlənməsində filtr funksiyasını yerinə yetirən ağacların qurumasına gətirib çıxarır.
Elxan SALAHOV

Oxşar yazılar
![Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3b5d04bd3a66a3b5d04bd3b172200494466a3b5d04bd3466a3b5d04bd37.webp)
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
27 iyul 2024 , 09:09![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://www.lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://www.lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)