Misir Mərdanov universitetləri hədələdi
Bütün ali məktəblərdə təhsilhaqqı İqtisadi İnkişaf Nazirliyinin Tarif Şurasının qərarı ilə tənzimlənir. Heç bir müəssisənin, onun rəhbərinin təhsil haqlarında bu və ya digər dərəcədə dəyişiklik etməyə, özbaşına qiymətləri qaldırmağa ixtiyarı yoxdur.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov bəzi ali təhsil müəssisələrinin təhsil haqlarını qaldırmalarına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, ali məktəblərdə təhsil haqlarının qaldırılması, yaxud da ona hansısa dəyişikliklərin edilməsi Tarif Şurası tərəfindən həyata keçirilə bilər: “Bizim də Tarif Şurasında nümayəndəmiz var. Yalnız Tarif Şurasının qərarı ilə təhsilhaqqı artırıla və ya azaldıla bilər. Kim özü öz qərarı ilə bu addımı atırsa, səhv qərardır. Biz onu ləğv etməyə hazırıq”.
Xatırladaq ki, bəzi ali məktəblər bu il ayrı-ayrı ixtisaslar üzrə təhsilhaqqını artırıb. Bunların arasında Bakı Dövlət Universiteti də var. Universitet rəhbərliyi ötən illə müqayisədə bu il təkcə jurnalistika fakültəsində təhsilhaqqının məbləğini iki dəfə qaldırıb.
Təhsil naziri belə halların qanunsuz olduğunu və bu məsələnin mütləq araşdırılacağını deyib.
Elxan SALAHOV

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46