![7 mağazada 1 ton yararsız qida aşkarlanıb](https://www.lent.az/site/assets/images/breaking-news/lentaz.png)
7 mağazada 1 ton yararsız qida aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi Bakıda və regionlarındakı istehlak bazarında yoxlamalar aparır
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak məhsullarının keyfiyyətinə dair apardığı yoxlamalarda daha 7 mağazada ciddi pozuntular aşkarlayıb. Bu mağazaların 5-i Bakıda, 1-i Qusar, 1-i isə Balakən şəhərində fəaliyyət göstərir.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, növbəti monitorinq zamanı Bakı şəhəri, Nizami rayonunda “Gəncə şərq şirniyyatları”, “Ağ market”, “Çinar”, “Ruslan 93” və “Sputnik” ərzaq məhsullarının satışı mağazalarında, həmçinin Qusar şəhərində G.Bədəlovaya, Balakən şəhərində A.Budurova məxsus ərzaq mallarının satışı ilə məşğul olan ticarət obyektlərində ümumi çəkisi 1 tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar olunub. Yararsız hesab edilən bütün məhsullar satışdan çıxarılaraq məhv edilib.
Nazirlikdə bildirirlər ki, ümumilikdə, mayın 17-dən - “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Qanun qüvvəyə mindikdən sonra İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 11 hüquqi şəxsə 40,5 min manat, 45 fiziki şəxsə isə 68 min manat cərimə tətbiq olunub.
Hazırda istehlak bazarında bu cür yoxlamalar ölkənin müxtəlif şəhər və rayonlarında davam etdirilir.
Elxan SALAHOV

Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://www.lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://www.lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://www.lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)