![İstehsalı və satışı qadağan olunan məhsullar reklam olunur](https://www.lent.az/site/assets/images/breaking-news/lentaz.png)
İstehsalı və satışı qadağan olunan məhsullar reklam olunur
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehsalı və satışı qadağan olunmuş məhsulların siyahısını müntəzəm olaraq açıqlasa da, bu məhsullar hələ də bəzi televiziya kanallarında reklam olunur.
Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya bildirib ki, bu hallar “KİV haqqında” və “Reklam haqqında” qanunlarla tənzimlənməlidir: “Məhsulun sertifikatı yoxdursa, istehsalına və satışına qadağa qoyulubsa, onun reklamı da qadağandır. Sertifikatı olmayan məhsul satıla bilməzsə, reklam da oluna bilməz”.
Komitə rəsmisi bildirib ki, telekanallarda təkcə sertifikatı olmayan ərzaq məhsullarının deyil, qeyri-ərzaq məhsullarının reklamı da yer alır. Lakin Komitə hələlik bu faktlarla bağlı nə telekanallara, nə də Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edib: “Bu məsələ bizim diqqətimizdədir. Lazım olan anda biz bu məsələyə müdaxilə edəcəyik. Əslində, bu halla bağlı rəsmi müraciətə ehtiyac olmamalıdır. Hansı məhsul sertifikatını təqdim etmirsə, o məhsulun reklamına icazə verilməməlidir”.
MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə APA-ya bildirib ki, Dövlət Komitəsinin Milli Teleradio Şurasını və ya kanalları qınamağa ixtiyarı yoxdur: ““Televiziya və radio yayımı haqqında” qanunun 36.2-ci maddəsinə görə, reklamı qadağan olunmuş məhsulun istehsalını və satışını həyata keçirmiş şəxslərin sponsorluğuna yol verilmir. Komitə istehsalı və satışı qadağan olunmuş, sertifikatı olmayan məhsulların siyahısını bizə göndərməli idi. Əks halda, biz haradan bilə bilərik ki, hansı məhsulun reklamı qadağandır”.
T. Dadaşovun sözlərinə görə, Şura artıq Səhiyyə Nazirliyinin müraciəti əsasında lisenziyasız fəaliyyət göstərib xalq təbabəti ilə məşğul olan və telekanallarda reklamı gedən klinika ilə bağlı tədbir görüb: “Kanallara da xəbərdarlıq etdik ki, bu müəssisənin reklamı dayandırılsın. Eyni müraciəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də etməlidir”.

Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://www.lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://www.lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://www.lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://www.lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)