Şura “QHT-lər haqqında” qanun layihəsini Milli Məclisdə müzakirə etdi
Müzakirələr davam edəcək
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Şura üzvləri Sahib Məmmədov və Əliməmməd Nuriyev “QHT-lər (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif edilən dəyişiklikləri müzakirə etmək üçün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov və Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini Ceyhun Qaracayevlə görüşüblər.
Görüşdə əlavə və dəyişikliklərin müəllifi Əli Hüseynovun müvafiq arayışı dinlənilib və maddələr üzrə bütün təkliflər müzakirə edilib. Daha sonra əlavə və dəyişikliklərlə bağlı Şuranın rəy və təklifləri komitə sədrinın diqqətinə çatdırılıb. Şuranın təqdim etdiyi rəy və təkliflərin işçi qrupu tərəfindən diqqətlə araşdırılacağını bildirən Əli Hüseynov bu görüşün faydalı olduğunu bildirib.
Sonda QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Milli Məclis ilə Şura arasında müzakirələrin davam etdirilməsi haqqında razılıq əldə edilib.

Oxşar yazılar

Dörd BÜRCƏ dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...
19 iyun 2025 , 00:02
Bu şəhərə yay qarı yağdı
18 iyun 2025 , 22:51
İyunun 1-də keçirilən qəbul imtahanının NƏTİCƏLƏRİ
18 iyun 2025 , 22:05
Müharibələrə görə rekord il - Ölənlərin ümumi sayı nə qədərdir?
18 iyun 2025 , 20:15
Gözəllik salonları üçün xaricdən 40 kilo insan saçı gətirən saxlanıldı
18 iyun 2025 , 19:08
İstirahət hüququnu pozanlara XƏBƏRDARLIQ: sərt tədbirlər görüləcək -VİDEO
18 iyun 2025 , 19:02
Yol kənarlarında ticarətlə bağlı vətəndaşlara MÜRACİƏT
18 iyun 2025 , 18:18