Məhkəmə işçiləri üçün təlim başlayır
Bu gün Bakıda hakimlər, dövlət ittihamçıları və vəkillərdən ibarət qrup beynəlxalq mütəxəssislərin iştirakı ilə məhkəmə dinləmələrinin simulyasiyasından ibarət təlim kursuna başlayıblar.
Lent.az-ın məlumatına görə, tədbirdə 5 hakim, 5 prokuror və Vəkillər Kollegiyasının üzvü olan 3 vəkil iştirak edib. Tədbirin açılışında iştirak edən Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov seminarın əhəmiyyətindən danışıb. O deyib ki, kurslar Məhkəmə-Hüquq Şurasının təlim zalında keçiriləcək: “Təlim zalı lazımi avadanlıqlarla təmin olunub”.
ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorel isə deyib təmsil etdiyi qurum ötən illər ərzində Azərbaycanda hakimlərin və Baş Prokurorluğun əməkdaşlarının peşəkarlığının artırılmasına diqqət göstərib: “Ümidvaram ki, bu təlimdə iştirak çox faydalı olacaq. Bu tədbirdə iştirak edən hakimlər, dövlət ittihamçıları və vəkillər peşəkarlığın artırılmasına dəstək verəcək”.
Daha sonra bu ilin aprelində keçirilmiş “Təlimçilərin təlimi” kursunun iştirakçılarına sertifikatlar təqdim olunub.
Pərvin Abbasov

Oxşar yazılar

Bu şəhərə yay qarı yağdı
18 iyun 2025 , 22:51
İyunun 1-də keçirilən qəbul imtahanının NƏTİCƏLƏRİ
18 iyun 2025 , 22:05
Müharibələrə görə rekord il - Ölənlərin ümumi sayı nə qədərdir?
18 iyun 2025 , 20:15
Gözəllik salonları üçün xaricdən 40 kilo insan saçı gətirən saxlanıldı
18 iyun 2025 , 19:08
İstirahət hüququnu pozanlara XƏBƏRDARLIQ: sərt tədbirlər görüləcək -VİDEO
18 iyun 2025 , 19:02
Yol kənarlarında ticarətlə bağlı vətəndaşlara MÜRACİƏT
18 iyun 2025 , 18:18
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırıldı
18 iyun 2025 , 18:14