Mətbuat Şurası peşə etikasının qorunması ilə bağlı monitorinqin nəticələrini açıqlayıb
19 iyun 2009 16:45 (UTC +04:00)

Mətbuat Şurası peşə etikasının qorunması ilə bağlı monitorinqin nəticələrini açıqlayıb

Bu gün Mətbuat Şurası KIV-də peşə etikasına əməl edilməsi barədə montorinqlə bağlı növbəti hesabat açıqlanıb. Lent.az-ınə məlumatına görə, mətbuat konfransında mart-aprel aylarının yekunlarına dair hesabatda 60 qəzet, 5 internet portalının monitorinqinin nəticələri açıqlanıb. 3 aylıq hesabat bülleteni üç yarımkateqoriyada təqdim olunub.

Bülletendə Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları, ölkə jurnalistlərinin qurultayında iştirak edəcək Mətbuat Şurası üzvlərinin siyahısı, monitorinq iştirakçıları üçün təlimat çap edilib.

Hesabatda ən çox pozuntu qeyd olunan kodların müqaviləsi cədvəli, üç kateqoriya üzrə pozuntuya yol verən qəzetlərin siyahısı, 2009-cu ilin fevral-mart ayları üçün təqdim edilən məqalələrin hüquq analizi də əks olunub.

Bülleten ABŞ səfirliyinin maliyyə yardımı ilə çap olunub.

Kimyə Rüstəmova
# 696

Oxşar yazılar