İyulda hərbi xidmətə çağırışa Əliağa Hüseynov rəhbərlik edəcək
Azərbaycan Nazirlər Kabineti «2009-cu ilin iyulun 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi»ni təsdiq edib.
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Artur Rasizadənin imzaladığı qərarla Respublikan Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası vətəndaşların Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə həqiqi hərbi xidmətə çağırışını təmin edəcək.
Nazirlər Kabineti, həmçinin, Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirliklərinə və yerli icra hakimiyyəti orqanlarına vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasını təmin etmək məqsədi ilə aidiyyəti tədbirlər görməsini tapşırıb.
Qərara əsasən, respublika hərbi komissarı, general-leytenant Əliağa Hüseynov Respublika Çağırış Komissiyasının sədri, Dövlət Sərhəd Xidmətinin rəis müavini Məhəmməd Abbasquliyev isə müavin təyin olunub.
Qeyd edək ki, bundan əvvəlki aprel çağırış mövsümündə Respublika Çağırış Komissiyasına polkovnik Ramiz Məmmədov rəhbərlik etmişdi.

Oxşar yazılar

May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC
10 may 2025 , 18:40
Sabahdan güclü külək əsəcək
10 may 2025 , 16:45
Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ
10 may 2025 , 14:07
Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi
10 may 2025 , 12:25
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
10 may 2025 , 12:23
Dünyanın öpüşmə xəritəsi: Bu ölkələrdə öpüşmürlər
10 may 2025 , 10:40
Gözləmədiyiniz yerdən pul gələ bilər: Hər kəsi təəccübləndirəcək 6 BÜRC
10 may 2025 , 09:09