Sumqayıtda kosmosdan görünən müəmmalı xaç
Xaçşəkilli xəstəxananın layihəsini kim hazırlayıb?
Lent.az-ın oxucularından biri redaksiyaya maraqlı bir məktub göndərib. Oxucu peyklə çəkilərək maps.google.com-da yerləşdirilən bir şəkillə bağlı Lent.az-a yazdığı məktubda Sumqayıt şəhərindəki xəstəxanalardan birinin xaç şəkilli olduğunu bildirib. Oxucu daha sonra məsələnin araşdırılmasını xahiş edib.
Xəstəxananın üstdən görünüşü doğrudan da əsl xaç formasında olduğundan Lent.az onun özülünün qoyulma və istifadəyə verilmə ili, həmçinin memarının kim olduğu ilə maraqlanıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Lent.az-a həmin tibb müəssisəsinin 2 saylı Xəstəxana olduğu bildirilib. Xəstəxana çoxprofilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım təyinatlıdır. Tutumu 400 çarpayılıqdır. Xəstəxananın rəsmi ünvanı Sumqayıt şəhər, 57-ci məhəllə Sumqayıt-Novxanı şossesinin 5-ci km-dir.
İcra Hakimiyyətindən 2 saylı Xəstəxananın özülünün 1988-ci ildə qoyulduğu bildirilib. Xəstəxana istifadəyə 1992-ci ilin noyabr ayında verilib.
Hələlik tikilinin layihəsinin kim tərəfindən hazırlandığını dəqiqləşdirmək mümkün olmayıb.
Araşdırmalarımız davam edir.
Pərvin ABBASOV

Oxşar yazılar

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq
19 iyun 2025 , 09:45
2025-ci ilin yayında heyrətamiz uğur qazanacaq BÜRCLƏR
19 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
19 iyun 2025 , 08:21
Dörd BÜRCƏ dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...
19 iyun 2025 , 00:02
Bu şəhərə yay qarı yağdı
18 iyun 2025 , 22:51
İyunun 1-də keçirilən qəbul imtahanının NƏTİCƏLƏRİ
18 iyun 2025 , 22:05
Müharibələrə görə rekord il - Ölənlərin ümumi sayı nə qədərdir?
18 iyun 2025 , 20:15