"Tofaş"la "avtoş"luq edən həbs olundu - VİDEO
05 mart 2026 10:39 (UTC +04:00)

"Tofaş"la "avtoş"luq edən həbs olundu - VİDEO

0

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, idarə əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar