"Qalatasaray"ın keçmiş ulduzu neft kralı  oldu
05 mart 2026 09:52 (UTC +04:00)

"Qalatasaray"ın keçmiş ulduzu neft kralı oldu

0

"Qalatasaray"ın keçmiş oyunçusu Covani dos Santos futbolçu kimi karyerasını başa vurduqdan sonra neft investisiyalarından təxminən 20 milyon dollar qazanıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bir vaxtlar "Qalatasaray"da oynamış dos Santos futbolçu karyerasını bitirdikdən sonra investisiyaları ilə gündəmə gəlib. Keçmiş meksikalı futbolçunun neft sektoruna girməklə xeyli qazanc əldə etdiyi məlum olub.

Bildirilir ki, dos Santos neft sektoruna yatırdığı investisiyanın bəhrəsini görüb və təxminən 20 milyon dollar qazanıb. Keçmiş ulduzun bu meydandan kənar hərəkəti diqqəti cəlb edib.

Karyerası boyunca Avropa və Amerikada oynamış Covani dos Santos futboldan sonra biznes dünyasına üz tutub. İnvestisiya seçimləri ilə xəbərlərdə yer alan keçmiş futbolçu, idmandan sonrakı karyerasını fərqli bir sahədə formalaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar