Allahşükür Paşazadə: “Həcc ziyarəti təxirə salınmayacaq”
02 iyul 2009 19:30 (UTC +04:00)

Allahşükür Paşazadə: “Həcc ziyarəti təxirə salınmayacaq”

0
“Səudiyyə Ərəbistanı bütün hacıları qəbul edəcək”

““Donuz qripi”nə görə Həcc ziyarətinin təxirə salınacağı barədə söhbətlərlə əlaqədar Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin nümayəndəsi ilə danışdım. O, təkidlə bildirdi ki, bu söz-söhbət şişirdilib. Səudiyyə Ərəbistanı bütün hacıları qəbul edəcək və hər şey yaxşı olacaq”.

Bu sözləri dini liderlərin Qazaxıstanda keçirilən forumunda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə APA-nın müxbirinə açıqlamasında deyib.

O, Nursultan Nazarbayevlə görüşdüyünü və Qazaxıstan prezidentinin yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini söyləyib. A. Paşazadə 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağda baş verən vertolyot qəzasında qazaxıstanlı polkovnikin həlak olduğunu xatırladaraq bildirib ki, Qazaxıstan da Qarabağ uğrunda şəhid verib: “Nazarbayevin Azərbaycana dostluq, qardaşlıq münasibəti var. Ümid edirik ki, bu cür dini dialoqlar dünyadakı bir çox problemin, o cümlədən Qarabağ probleminin həlli işində siyasətçilərə kömək edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 889

Oxşar yazılar