"Təzə Pir" məscidi rəsmi açılışa hazırdır
Tamamilə yenidən qurulan məscidin 280 kvadratmetrlik sahəsi qızıl suyuna çəkilmiş təbəqə ilə bəzədilib
Uzun müddətdir əsaslı təmirə dayanmış "Təzə Pir" məscidinin gələn həftə rəsmi açılış mərasimi keçiriləcək. Bazar ertəsinə planlaşdırılan mərasimdə prezident İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.
Lent.az-ın məlumatına görə, artıq bu dini ibadət mərkəzində əsaslı təmir və yenidənqurma işləri tam başa çatdırılıb. Belə ki, ötən əsrin əvvəllərində inşa olunmuş birmərtəbəli binasının sökülməsi və “Təzə Pir” məscidi tarix-memarlıq abidəsinin ətrafının genişləndirilməsi hesabına daha bir bina tikilib.
“Təzə Pir” məscid kompleksi çərçivəsində idarə üçün tikilmiş inzibati bina Şərq memarlığı üslubunda tikilib. Burada iş otaqları ilə yanaşı, konfrans salonu, kitabxana, arxiv, kompüter və muzey mərkəzləri də inşa olunub.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə olaraq məscidin minarəsinin və türbəsinin bir hissəsi qızılı boya, 280 kvadrat metrlik sahəsi isə qızıl suyuna çəkilmiş təbəqə ilə örtülüb. Məscid kompleksinə həmçinin 3 böyük bina daxildir. Onlardan biri İslam Universitetinin binası, biri Qafqaz Müsəlmanları İdarəsinin mərkəzi ofisi, digəri isə dini mərasimlərin keçirilməsi üçün nəzərdə tutulub.
Elxan SALAHOV

Oxşar yazılar

Dörd BÜRCƏ dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...
19 iyun 2025 , 00:02
Bu şəhərə yay qarı yağdı
18 iyun 2025 , 22:51
İyunun 1-də keçirilən qəbul imtahanının NƏTİCƏLƏRİ
18 iyun 2025 , 22:05
Müharibələrə görə rekord il - Ölənlərin ümumi sayı nə qədərdir?
18 iyun 2025 , 20:15
Gözəllik salonları üçün xaricdən 40 kilo insan saçı gətirən saxlanıldı
18 iyun 2025 , 19:08
İstirahət hüququnu pozanlara XƏBƏRDARLIQ: sərt tədbirlər görüləcək -VİDEO
18 iyun 2025 , 19:02
Yol kənarlarında ticarətlə bağlı vətəndaşlara MÜRACİƏT
18 iyun 2025 , 18:18