Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Səbail Bələdiyyəsində yoxlamalara başlayıb – EKSKLÜZİV
Bakının Səbail Bələdiyyəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bu barədə Lent.az-a Səbail rayonunda yaşayan sakinlərdən biri məlumat verib. O, bələdiyyəyə sənədlə bağlı getdiyini, lakin rəhbərlikdən orada heç kimin olmadığını, yalnız 2-3 nəfər sıravi işçinin işdə olduğunu bildirib. Sakin bələdiyyənin fəaliyyətinin keçən həftədən dayandırıldığını, orada yoxlamalar aparıldığını deyib.
Hüquq-mühafizə orqanlarından isə Lent.az-a bildirilib ki, Səbail Bələdiyyəsində yoxlamalar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılır. Yoxlamalara Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş üzrə Mərkəz tərəfindən edilən müraciətdən sonra başlanılıb.
Faktla bağlı cinayət işinin başlanacağı gözlənilir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən yoxlama aparılması xəbəri Lent.az-a Səbail Bələdiyyəsi tərəfindən təsdiqlənib. Bələdiyyə sədri və müavinlərinin isə harada olduğu bilinmir.
Pərvin ABBASOV

Oxşar yazılar

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq
19 iyun 2025 , 09:45
2025-ci ilin yayında heyrətamiz uğur qazanacaq BÜRCLƏR
19 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
19 iyun 2025 , 08:21
Dörd BÜRCƏ dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...
19 iyun 2025 , 00:02
Bu şəhərə yay qarı yağdı
18 iyun 2025 , 22:51
İyunun 1-də keçirilən qəbul imtahanının NƏTİCƏLƏRİ
18 iyun 2025 , 22:05
Müharibələrə görə rekord il - Ölənlərin ümumi sayı nə qədərdir?
18 iyun 2025 , 20:15