Vyana metrosunda gedişhaqqı Bakıdakının 38 qatıdır
Artıq 17-ci ildir ki, Bakı Metropolitenində gedişhaqqı 5 qəpikdir. Bu, dünyanın heç bir yerində olmayan bir tarifdir.
Lent.az-ın məlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırda Vyanada metroda gedişhaqqı 1,7 avrodur. Bu isə Bakı Metropolitenindəkindən 38 dəfə artıqdır.
“Düzdür, Vyana təmiz şəhərdir. Amma Bakı Metropoliteninin stansiyaları istər gözəlliyinə görə, istərsə də başqa parametrlərinə görə təkcə Vyananın yox, əksər xarici ölkələrin metropolitenini geridə qoyur. Aydın məsələdir ki, sovet məkanında bizdə işlədilən qranit mərmər Vyanada yoxdur, onlarda yalnız beton və ondan sonra qaralayırlar. Bizdəki stansiyalarda isə hətta mərmər yox, qranit qoyulur. Onlarda bizim yollara vurduğumuz “saja”dan – qara kraskadan vururlar, vəssalam”.
Bununla belə, Bakı Metproliteninin rəisi Vyanada əhalinin həyat şəraitinin Azərbaycandakından qat-qat üstün olduğunu da söyləyib: “Orada əhalinin gəlirlərinin, həyat şəraitinin yüksək olduğunu bilirik. Amma bu fərq 38 dəfə böyük ola bilməz”.
Tağı Əhmədov onu da qeyd edib ki, Bakı Metropolitenində qiymətlərin qaldırılması hələlik gündəmdə deyil. Onun sözlərinə görə, bu məsələ birbaşa prezidentin və hökumətin səlahiyyətinə aid olan işdir: “Prezident nə vaxt məsləhət bilsə, qiymətlər o vaxt qaldırılacaq. Hələlik bu barədə heç nə demək olmaz. Çünki qiymətləri Tarif Şurası müəyyən edir”.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq
19 iyun 2025 , 09:45
2025-ci ilin yayında heyrətamiz uğur qazanacaq BÜRCLƏR
19 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
19 iyun 2025 , 08:21
Dörd BÜRCƏ dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...
19 iyun 2025 , 00:02
Bu şəhərə yay qarı yağdı
18 iyun 2025 , 22:51
İyunun 1-də keçirilən qəbul imtahanının NƏTİCƏLƏRİ
18 iyun 2025 , 22:05
Müharibələrə görə rekord il - Ölənlərin ümumi sayı nə qədərdir?
18 iyun 2025 , 20:15