Bu il 4 milyondan artıq dərslik çap olunub
Artıq həmin dərsliklərin şəhər və rayonlara göndərilməsinə başlanıb
Təhsil Nazirliyi yeni dərs ilində məktəblilərin dərsliklə təminatı üçün hazırlıq işlərini başa çatdırıb. Artıq yeni dərsliklərin rayonlara çatdırılması prosesi də yekunlaşmaq üzrədir.
Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Lent.az-a bildirib ki, bu il 87 adda 4 milyon 200 mindən çox yeni dərslik çap olunub. Həmin dərsliklər arasında islahatlara uyğun olaraq kurrukulium əsasında hazırlanmış I və II siniflər üçün vəsaitlərdə yerlərə paylanıb. Bu il həmçinin ibtidai sinif müəllimləri üçün metodiki vəsaitlər də çap olunub.
Faiq Şahbazlı bildirib ki, bu il təkcə V-XI siniflər üçün 47 adda dərslik çap edilib. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il dərsliklərin məzmununa daha çox diqqət yetirilib. Bunun üçün əvvəlcədən yaradılmış işçi qrup dərsliklərdə mövzuların əhatəli və uyğunluğu olması üçün bütün təklifləri dəyərləndirib və bu yeniliklər kitablarda əksini tapıb.
Elxan SALAHOV

Oxşar yazılar

"Neftçi"nin sabiq futbolçusu Mahir Şükürov evləndi
12 may 2025 , 03:21
Bu həftə 4 BÜRC üçün bütün qapılar açılacaq
12 may 2025 , 00:02
Bakının bu yollarında tıxac var - SİYAHI
11 may 2025 , 22:12
Güclü leysan və sel XƏBƏRDARLIĞI
11 may 2025 , 17:51
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlimdə
11 may 2025 , 17:27
Beş BÜRC öz xoşbəxtliyini tapacaq, üç BÜRCÜ uğursuzluq dalğası bürüyəcək
11 may 2025 , 15:33
9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB
11 may 2025 , 14:02