Jurnalistlər mükafatlandırılacaq
“Məcburi dövlət sosial sığortası: gələcəyə qoyulan sərmayə” mövzusunda jurnalistlər arasında müsabiqə keçirilir
Dövlət Sosial Müdafiə Fondu jurnalistlər arasında müsabiqə keçirir. “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın 2.36-cı bəndinə əsasən (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) keçirilən müsabiqə “Məcburi dövlət sosial sığortası: gələcəyə qoyulan sərmayə” mövzusuna həsr olunur.
Fonddan Lent.az-a böildiriblər ki, müsabiqəyə sentyabrın 15-dən dekabrın 15-dək yazılı və elektron mətbuatda gedən materiallar təqdim oluna bilər. Həmin materiallar məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu, məcburi dövlət sosial sığortasında fərdi uçotun, pensiya sistemində sığorta prinsiplərinə keçidin əhəmiyyətini və bu mövzuda digər məsələləri əks etdirməlidir. Məqalələr 5 min simvoldan, telesüjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır.
Məqalə və telesüjetlər 15 dekabr 2009-cu il tarixindən gec olmayaraq, müsabiqə komissiyasına təqdim olunmalıdır. Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və telesüjetlərin müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaq hər iki nominasiyada üç qalib və 10 həvəsləndirici mükafat gözləyir.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda bu məktəb şagird sayına görə BAĞLANIR - İDDİA
14 may 2025 , 13:28
Bakıya leysan, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
14 may 2025 , 12:32
Şəxsi maşınla Qarabağın bu rayonlarına da getməyə İCAZƏ VERİLDİ
14 may 2025 , 12:13
Bakıda palçıqlı ayaqqabılarla dərsə gedən uşaqlar, “qulaqlıqlı məmurlar”
14 may 2025 , 11:58
Bu gün bəzi ərazilərdə qaz olmayacaq
14 may 2025 , 10:18
Yağışlı havalar nə vaxtadək davam edəcək?
14 may 2025 , 09:56
Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA
14 may 2025 , 09:54