Tələbə təşkilatı ABU-dakı vəziyyətdən narahatdır
Azərbaycan Beynəlxalq Universitetinin diplomsuz məzunlarının problemi həll olunmur
Azərbaycan Beynəlxalq Universiteti (ABU) ətrafında yaranmış problem “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin ciddi narahatlığına səbəb olub.
Lent az-ın məlumatına görə, “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin Universitetə qəbulun dayandırılması və 3000-dən artıq məzunun bu günə qədər diplom ala bilməməsi ilə bağlı yaydığı bəyanatda belə deyilir. Bəyanat müəllifləri bildirirlər ki, ABU-da baş verənlərlə bağlı 2006-cı ildə Baş Prokurorluqda açılmış cinayət işi hələ də yekunlaşmayıb. Bu isə müvafiq dairələrin yaranmış problemin aradan qaldırılmasına maraq göstərməməsi kimi qiymətləndirilir.
Bəyanatda qeyd olunur ki, 4 il ərzində ABU-ya ayrılan qəbul planına görə, bu ali məktəbdə 1250 tələbə təhsil almalıdır. Reallıqda bu rəqəm 15000-dən çoxdur. Həmin rəqəmin isə 10 dəfədən artıq olmasının müvafiq dövlət qurumlarının, o cümlədən Təhsil Nazirliyinin diqqətindən yayınması şübhəli görünür.
Xatırladaq ki, Təhsil Nazirliyi ABU məzunlarına diplom verilməməsini onların ali məktəbə qanunsuz yolla qəbul olunması ilə əlaqələndirir. Amma belə məzunların sayı barədə konkret rəqəm söylənilmir. Nazirlik rəsmiləri bunu uzun müddətdən bəri davam edən araşdırmalarda məzunların fərqli formalarda universitetə daxil olmasına dair üzə çıxan yeniliklərlə əlaqələndirir. Nazirlikdə deyirlər ki, 4 il əvvəl universitetə daxil olmuş tələbələrin bir qismi birbaşa, testdən kənar yolla qəbul edilənlər, bir qismi isə sonrada Rusiyanın müxtəlif ali məktəblərindən köçürmə yolu ilə gələnlərdir.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıya leysan, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
14 may 2025 , 12:32
Şəxsi maşınla Qarabağın bu rayonlarına da getməyə İCAZƏ VERİLDİ
14 may 2025 , 12:13
Bakıda palçıqlı ayaqqabılarla dərsə gedən uşaqlar, “qulaqlıqlı məmurlar”
14 may 2025 , 11:58
Bu gün bəzi ərazilərdə qaz olmayacaq
14 may 2025 , 10:18
Yağışlı havalar nə vaxtadək davam edəcək?
14 may 2025 , 09:56
Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA
14 may 2025 , 09:54
Bakının bu rayonunun işığı kəsiləcək
14 may 2025 , 09:39