Azərbaycanın ilk süni peykini orbitə “Zenit” çıxara bilər
06 noyabr 2009 15:30 (UTC +04:00)

Azərbaycanın ilk süni peykini orbitə “Zenit” çıxara bilər

0
Azərbaycanın ilk süni peykini orbitə Ukraynanın “Zenit” adlı müəssisəsi çıxara bilər.


Lent.az-ın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O, süni peykin orbitə çıxarılması ilə bağlı Ukrayna və ABŞ şirkətlərilə danışıqlar aparıldığını bildirib.


Xatırladaq ki, müvafiq proqrama görə 2011-ci ilə kimi peyk səmaya qaldırılmalıdır. Layihənin təxminən 120-200 milyon dollara başa gələcəyi gözlənilir.


Azərbaycanda Kosmik Sənayenin İnkişafı ilə bağlı Dövlət Proqramının hazırlanması və milli peyklərin buraxılmasıyla bağlı tədbirlərin görülməsi üçün prezident 2008-ci ildə sərəncam imzalamışdı.

Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 691

Oxşar yazılar