Avropa Şurasının ekspertləri Zaqatalada təlim keçirəcəklər
31 may 2011 19:10 (UTC +04:00)

Avropa Şurasının ekspertləri Zaqatalada təlim keçirəcəklər

0
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir Avropa Şurasının “Kiyev Təşəbbüsü Regional Proqramı” çərçivəsində həyata keçirilən “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin ilkin mərhələsinin icra edilməsi məqsədi daşıyır. Təlimdə Azərbaycanın Bərdə, Qazax, Göygöl, Quba, Qax, Lənkəran, Ordubad, Şəki, Şəmkir və Zaqatala rayonlarından olan nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının humanitar məsələlər üzrə müavinlərinin, baş memarların, rayon mədəniyyət və turizm şöbə müdirlərinin iştirak edəcəyi planlaşdırılır.


Layihənin məqsədi milli, regional və yerli səlahiyyətli orqanlara kiçik tarixi şəhərlərin və onların ətraf mühitinin abidələr və ərazinin yenidənqurma və təkrar işlənməsi vasitəsilə canlandırılması və davamlı sosial və iqtisadi inkişafı üçün strateji inkişaf planının həyata keçirilməsi üçün köməyin göstərilməsidir.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 549

Oxşar yazılar